Misli premyer-liqasında mövsümün tamaşaçı antirekordu qeydə alınıb.
İş ondadı ki, Qubada keçirilən “İmişli” – “Araz-Naxçıvan” oyununu cəmi 60 azarkeş izləyib. Arxada qalan 16 turun heç bir oyununda belə biabırçı mənzərə olmamışdı. Premyer-liqa qarşılaşması və cəmi 60 tamaşaçı!
Buna qədər ən kiçik auditoriya yığan 3 oyunun ikisi də Qubada olub.
4-cü tur. “İmişli” - “Sumqayıt”. 100 tamaşaçı
8-ci tur. “İmişli” - “Qəbələ”. 100 tamaşaçı
14-cü tur. “Araz-Naxçıvan” - “Kəpəz”. 100 tamaşaçı
Yaxşı, bura premyer-liqadı, yoxsa 2-ci liqa?!
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта