RU

Əbu-Dabi görüşünün gizlinləri: Xəritədə olmayan yerdə qapalı danışıq

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlar “Qəsr əl-Şati” iqamətgahında keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS yazır.

“Qəsr əl-Vətən” prezident sarayından fərqli olaraq, bu iqamətgah ictimaiyyət üçün bağlıdır, xəritələrdə qeyd olunmur və ancaq mühüm diplomatik görüşlər üçün istifadə olunur.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanla Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri arasında görüşün görüntüləri yayılıb.

Görüntülərdə BƏƏ Prezidentinin əvvəllər Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Ruanda Prezidenti Pol Kaqame ilə görüşlər keçirdiyi otaqda nümayəndə heyətləri ilə görüşdüyü göstərilir.

Əbu-Dabidəki Rusiya danışıqlar qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. Üçtərəfli işçi qrupunun Ukrayna tərəfinə  Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edibi. 23 və 24 yanvar tarixlərində qapalı qapılar arxasında iki raund danışıqlar baş tutub. Növbəti danışıqlar 1 fevrala təyin olunub.

Избранный
108
cebheinfo.az

1Источники