RU

Uitkoffun tərcüməçisi Putinlə danışıqlarda nədən qorxduğundan bəhs etdi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Donald Trampın kürəkəni Cared Kuşnerin tərcüməçisi bildirib ki, onların Rusiya lideri Vladimir Putinlə son danışıqları zamanı Kremldəki günbəzdən narahat olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubinin "Telegram" kanalında məlumat yayıb. 

"Mən bir peşəkar olaraq, günbəz gördükdə başa düşürəm ki, bizi nə gözləyir", - deyə ABŞ tərəfinin tərcüməçisi bildirib.

Jurnalistin özü də onunla söhbət edib. "Məsələ ondadır ki, tədbirin keçirildiyi məkanda günbəz olanda əks-səda yaranır. Bəzən böyük konfrans masası və günbəz olduqda məruzəçini yaxşı eşitmək çətin olur", - deyə Zarubinin həmsöhbəti vurğulayıb.

Xatırladaq ki, danışıqlar yanvarın 22-də baş tutub. Tərəflər Ukraynadakı münaqişənin nizamlanmasını müzakirə ediblər./Oxu.az


Telegram kanalımız
Избранный
27
2
yenisabah.az

3Источники