RU

Türkiyədə 5 günlük körpəyə qarşı zorakılıq -Tibb bacısı həbs olundu

Türkiyədə tibb bacısı 5 günlük uşağı döyərək fiziki və əqli cəhətdən əlil edib.

İki sahil” “Haber Global” istinadla yazır ki, hadisə 5 il əvvəl - 26 may 2021-ci ildə Kahramanmaraş Sütçü İmam Universiteti Sağlamlıq Tətbiqi və Araşdırma Xəstəxanasında baş verib.

Çəki azlığı səbəbindən inkubatora yerləşdirilən Deniz Esin Bozoklar adlı körpə 5 günlük olanda tibb bacısı Hazel Dırık Bağrıyanık tərəfindən döyülüb. O, qan analizi zamanı narahat olub ağlayan Deniz Esinin dəfələrlə başına vurub, ayaqlarını sıxıb. Xəstəxananın təhlükəsizlik kameralarında qeydə alınan hadisə beş gün sonra başqa bir tibb bacısı körpənin ayağında şişkinlik hiss etdikdə üzə çıxıb.

Tibb bacısının xəstəxana rəhbərliyinə təqdim etdiyi hesabatdan sonra təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb və Hazel Dırık Bağrıyanıkın körpəyə qarşı zorakılıq etdiyi ifşa olunub.

O, xəstəxanadakı işindən azad edilib. Kahramanmaraş İl İdarə Heyəti də tibb bacısını məhkəməyə vermək qərarına gəlib. Kahramanmaraş 10-cu Cinayət Məhkəməsində ona qarşı "qəsdən xəsarət yetirmə" maddəsi ilə üç ilə qədər həbs cəzası ilə bağlı iş qaldırılıb. Kahramanmaraş 10-cu Cinayət Məhkəməsində keçirilən dinləmədə hər iki tərəfin vəkilləri iştirak etsə də, təqsirləndirilən şəxs Hazel Dırık Bağrıyanık iştirak etməyib. Dinləmə zamanı Deniz Esin Bozokların ailəsinin vəkili Sait Bolat zorakı hadisələrin video görüntülərinin iş materiallarına daxil edildiyini bildirib və tibb bacısının həbs olunmasını istəyib. Məhkəmə Hazel Dırık Bağrıyanık üçün həbs qərarı verib.

Tibb bacısı Hazel Dırık Bağrıyanık dünən gecə Afyonkarahisarın Dinar rayonunda polisə təslim olub. Polis bölməsindəki prosedurlardan sonra Bağrıyanık bu gün məhkəmə binasına gətirilib və növbətçi hakim tərəfindən həbs edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
49
ikisahil.az

1Источники