RU

Azərbaycan regionda lider, dünya üzrə ilk 60-lıqda -

Global Firepower təşkilatının 2026-cı il üzrə hesabatına əsasən, dünyanın ən güclü ordusuna malik ölkələri açıqlanıb. Metbuat.az-ın məlumatına görə, reytinqdə 145 ölkənin hərbi potensialı qiymətləndirilib. Siyahıya ABŞ liderlik edir. Onu Rusiya və Çin izləyir. İlk beşlikdə həmçinin Hindistan və Cənubi Koreya yer alıb. Avropa ölkələri arasında Fransa, Birləşmiş Krallıq və İtaliya ön sıralarda qərarlaşıb. Yaponiya Asiya regionunda hərbi gücünü qoruyaraq 7-ci pillədə yer alıb. Türkiyə isə siyahıda 9-cu sırada qərarlaşıb və regionun ən güclü ordularından biri kimi qiymətləndirilib.Global Firepower təşkilatının 2026-cı il üzrə açıqladığı reytinqə əsasən, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur. Azərbaycan 145 ölkə arasında 60-cı pillədə yer alaraq regionda lider mövqeyini qoruyub.Siyahıya görə, Gürcüstan 95-ci, Ermənistan isə 101-ci sırada qərarlaşıb. Reytinq hərbi texnika, canlı qüvvə, müdafiə büdcəsi və strateji imkanlar kimi göstəricilər əsasında tərtib edilib.

Bu nəticələr Azərbaycanın regionda hərbi üstünlüyünü bir daha təsdiqləyir.

Избранный
36
metbuat.az

1Источники