RU

ABŞ-də güclü qar fırtınası: 730 mindən çox insan işıqsız qalıb

ABŞ-nin geniş ərazisini əhatə edən güclü qar fırtınası nəticəsində 730 mindən çox ev təsərrüfatında elektrik enerjisinin verilişi dayandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə "PowerOutage" monitorinq resursu məlumat yayıb.

Ən çox enerji kəsintisi Texas, Luiziana, Missisipi və Tennessi ştatlarında qeydə alınıb. Tennessi ştatında işıqsız qalan istehlakçıların sayı 240 mini ötüb.

Bildirilir ki, ölkənin azı 18 ştatında ekstremal soyuqlar və güclü qar yağışı təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Избранный
42
1
moderator.az

2Источники