RU

SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu

Türkiyənin Qaziantep vilayətində zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) öz sosial şəbəkə hesabında yayıb.
 

Məlumata görə, Qaziantepin Nurdağı rayonunda 4.1 bal gücündə zəlzələ qeydə alınıb. 7.82 kilometr dərinlikdə baş verən yeraltı təkanlardan sonra ilkin qiymətləndirmələrə görə heç bir dağıntı və ya itki olmayıb.


Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Bizim.Media

Избранный
128
6
bizim.media

10Источники