RU

"Sabah" "Qarabağ"la xal fərqini artırdı

Misli Premyer Liqasının XVII turunda lider "Sabah" autsayder "Karvan-Yevlax"la üz-üzə gəlib.

Publika.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda 4:1 hesablı qələbə qazanan "bayquşlar", ötən gün məğlub olan ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldib.

Bakı klubunun qollarını Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların heyətində isə Olavale Doyeni (83) fərqlənib.

40 xalı olan "Sabah" turnir cədvəlində vahid liderdir. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - on ikincidir.

Избранный
69
4
publika.az

7Источники