Bakı. Trend:
Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı NümayəndələrŞurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi MilliMəclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasınınsədri Əhməd bin Salman Al Musalam imzalayıblar.
Bu barədə Trend-əparlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənbildirilib.
Spiker Sahibə Qafarova Anlaşma Memorandumunun əhəmiyyətinixüsusi vurğulayıb. Qeyd edilib ki, bu sənəd parlamentlərarasıəlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlamentkomitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfəverəcək.