RU

ABŞ ağır hərbi yük təyyarələrini Yaxın Şərqə göndərdi

Son 24 saat ərzində ABŞ-ın ən azı altı ağır hərbi-nəqliyyat təyyarəsi "C-17A Globemaster III" Yaxın Şərqə uçuş edib.

Publika.az xəbər verir ki, bu barədə “Interfax” "Flightradar24"a istinadla məlumat yayıb.

Bildirilib ki, təyyarələr hərbi yük ilə İordaniyanın Muvaffak Salti bazası, Qətərin Əl-Udeyd bazası, Küveytin Ali Al-Salem bazası və Səudiyyə Ərəbistanının Prince Sultan bazasına çatdırılıb. Bu bazalarda ABŞ-ın döyüş təyyarələri qrupu fəaliyyət göstərir.

Həmçinin, Yaxın Şərqə "EA-37B" təyyarəsi göndərilib, bu təyyarə kommunikasiya, naviqasiya və radar sistemlərinin sıradan çıxarılması üçün nəzərdə tutulub.

Yanvarın 21-də ABŞ-ın USS Abraham Lincoln aviadəstəsi və "F-15E Strike Eagle" döyüş-bombardman təyyarələrinin Yaxın Şərqə göndərildiyi xəbər verilmişdi.

Избранный
57
1
publika.az

1Источники