RU

NATO Qrenlandiya ətrafında gərginlik fonunda ilin ilk hərbi təlimlərinə başlayıb

“Steadfast Dart” manevrləri alyansın sürətli reaksiya və müdafiə imkanlarını nümayiş etdirir...

Poliqon xəbər verir ki, Qrenlandiya ətrafında yaranmış siyasi və təhlükəsizlik gərginliyi, eləcə də alyans daxilində artan fikir ayrılıqları fonunda NATO bu il üçün ən böyük hərbi təlimlərinə start verib. Almaniyanın “Bild” nəşrinin məlumatına görə, “Steadfast Dart” adlı manevrlər alyansın mümkün hərbi təhlükələrə, o cümlədən Rusiyadan gələ biləcək hücum ssenarilərinə operativ cavab vermək imkanlarını yoxlamaq məqsədi daşıyır.

Təlimlər çərçivəsində qoşun və hərbi texnikanın qısa müddətdə cəmləşdirilməsi və Avropanın həssas bölgələrinə, xüsusilə Baltik ölkələrinə və Polşaya sürətli şəkildə yerləşdirilməsi ssenariləri məşq edilir. NATO bu manevrlərlə alyansın kollektiv müdafiə mexanizmlərinin real şəraitdə necə işlədiyini nümayiş etdirməyi hədəfləyir.

Təlimlərdə Almaniya əsas rol oynayır. Məlumata görə, 11 ölkədən 10 mindən çox hərbçi Almaniya ərazisinə cəlb olunub. Manevrlərdə 17 hərbi gəmi, 20 döyüş təyyarəsi və təxminən 1500 vahid ağır hərbi texnika, o cümlədən tanklar, raket sistemləri və hərbi yük maşınları iştirak edir. Eyni zamanda NATO-nun yüksək çevikliyə malik sürətli reaksiya qüvvələri olan Allied Reaction Force bölmələri də tam tərkibdə yerləşdirilir.

“Steadfast Dart” təlimlərinə Almaniya Bundesverinin generalı İnqo Gerharts rəhbərlik edir. O, NATO-nun Mərkəzi Avropadakı qüvvələrinə cavabdehdir və alyansın bu region üzrə müdafiə planlarının icrasına nəzarət edir.

General Gerharts “Bild”ə açıqlamasında bildirib ki, NATO-nun Mərkəzi Avropa üzrə komandanlığı yalnız təlimlərin təşkili ilə məşğul olmur, eyni zamanda Atlantik sahillərindən Baltik ölkələrinədək alyans ərazisinin müdafiəsinə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, “Steadfast Dart” Almaniyanın NATO üçün strateji əhəmiyyətini və alyansın müdafiə mərkəzi kimi rolunu açıq şəkildə ortaya qoyur.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники