RU

Volkswagen ABŞ-də Audi zavodunun tikintisi planlarından imtina edə bilər

Şirkət rəhbərliyi bu qərarı Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumları ilə əlaqələndirir...

Poliqon xəbər verir ki, Almaniyanın aparıcı avtomobil konsernlərindən biri olan Volkswagen ABŞ-də Audi markası üçün zavod tikintisi planlarını dayandıra bilər. Bu barədə konsernin baş direktoru, Audi brendinin də daxil olduğu Volkswagen Group-un rəhbəri Oliver Blume “Handelsblatt” qəzetinə müsahibəsində açıqlama verib. Onun sözlərinə görə, mövcud gömrük rüsumları saxlanıldığı təqdirdə belə iri investisiyaların maliyyələşdirilməsi real görünmür.

Blume bildirib ki, əlavə xərclərin və rüsum yükünün dəyişməz qalması iri həcmli investisiyaları mümkünsüz edir: “Gömrük rüsumlarının indiki səviyyəsində böyük əlavə investisiyaların maliyyələşdirilməsi mümkün deyil. Bizə qısamüddətli xərclərin azaldılması və uzunmüddətli, etibarlı iqtisadi çərçivə şərtləri lazımdır”, – deyə o vurğulayıb.

Volkswagen rəhbərinin sözlərinə əsasən, Audi hələ 2023-cü ildən etibarən ABŞ-də istehsal müəssisəsinin inşası imkanlarını nəzərdən keçirirdi. Bu planlara əsas motivasiya ABŞ-də avtomobil istehsalçılarına təqdim edilən dövlət subsidiyaları idi ki, bu da zavodun tikintisini iqtisadi baxımdan cəlbedici edirdi. Lakin Donald Tramp administrasiyasının Avropa avtomobil istehsalçılarına qarşı tətbiq etdiyi yeni gömrük rüsumları vəziyyəti ciddi şəkildə dəyişib.

Blume qeyd edib ki, məhz bu ticarət siyasəti Volkswagen Group üçün ciddi maliyyə çətinlikləri yaradıb. Onun sözlərinə görə, 2025-ci ilin ilk doqquz ayı ərzində konsernin üzləşdiyi maliyyə itkiləri 2,1 milyard avroya çatıb. Bu da ABŞ bazarında yeni istehsal layihələrinin reallaşdırılmasını sual altına qoyur.

Qeyd edək ki, daha əvvəl Almaniyanın digər məşhur avtomobil istehsalçısı Porsche-un da maliyyə itkiləri fonunda qeyri-ənənəvi addımlar atmağa hazırlaşdığı barədə məlumat yayılmışdı. Şirkət rəhbərliyi xərclərin azaldılması və yeni biznes istiqamətlərinin, o cümlədən müdafiə sənayesi ilə bağlı layihələrin nəzərdən keçirildiyini açıqlamışdı.

Poliqon.info

Избранный
39
poliqon.info

1Источники