RU

Şahin və göyərçin

Çin ordusu süni intellekt, robot texnologiyaları və dronlardan (BPLƏ) istifadəni sürətlə genişləndirir, alimlər isə cihazları maksimal effektiv taktika ilə işləməsi üçün heyvan davranışlarını öyrənirlər.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, Çinin aparıcı universitetlərindən birində mühəndislər döyüş dronlarının real vaxt rejimində qarşıdurmalarını modelləşdirmək üçün təbiyyatdan ilham alıblar. Onlar diqqəti xüsusilə heyvan davranışlarına yönəldiblər.

2024-cü ildə Çin mühəndisləri Müdafiə Nazirliyindən döyüş dronları sürülərinin yaradılması üçün patent alıblar. Araşdırmada yırtıcı quşlar – şahinlər nümunə götürülərək dronların koordinasiyalı hücum strategiyasına proqramlaşdırılıb.

Избранный
144
50
publika.az

10Источники