ABŞ-də ən azı yeddi nəfər donvurmadan ölüb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ölüm hadisələrindən biri Luizianada qeydə alınıb. Digər yerlər isə açıqlanmır. Gecə ərzində temperatur -24°C-dir.
Hazırda ABŞ-də bir milyondan çox ev elektriksizdir. Nyu-York şəhərində məktəblilər distant təhsilə keçiblər.