RU

İsrail "Rəfah" buraxılış məntəqəsini məhdud rejimdə və tam nəzarət altında açacaq

İsrail son girovun qalıqlarının axtarışı başa çatdıqdan sonra Qəzza zolağı - Misir sərhədindəki "Rəfah" nəzarət-buraxılış məntəqəsini məhdud rejimdə və özünün tam nəzarəti altında açmaq qərarına gəlib.

"Far.Az"un məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanası xəbər verib.

"ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planının bir hissəsi olaraq, İsrail "Rəfah" nəzarət-buraxılış məntəqəsini yalnız insanların keçidi üçün məhdud rejimdə və özünün tam nəzarəti altında açmağa razılaşıb. Nəzarət-buraxılış məntəqəsinin açılması bütün sağ girovların geri qaytarılmasından və HƏMAS-ın oğurlanıb öldürülənlərin yerini müəyyən etmək və geri qaytarmaq üçün tam səylərindən asılı idi", - açıqlamada deyilir.

Dəftərxana qeyd edib ki, İsrail Ordusu hazırda girov Ran Qvilinin qalıqlarını tapmaq və geri qaytarmaq səylərinin bir hissəsi olaraq bütün mövcud kəşfiyyat məlumatlarından istifadə edərək hədəf əməliyyatı aparır". Yanvarın 25-də başlayan əməliyyat başa çatdıqdan sonra və ABŞ ilə razılaşmaya uyğun olaraq, İsrail "Rəfah" nəzarət-buraxılış məntəqəsini yenidən açacaq.

Избранный
21
1
far.az

2Источники