RU

Siqaret çəkməklə depressiya arasında əlaqə aşkar edildi

Almaniyanın Mərkəzi Ruhi Sağlamlıq İnstitutunun rəhbərliyi ilə aparılan tədqiqat ilk dəfə olaraq siqaret çəkməklə depressiya arasında əlaqəni təsdiqləyib.

Oxu.Az xəbər verir ki, tədqiqat "BMC Public Health" jurnalında dərc edilib.

Araşdırma göstərib ki, heç vaxt siqaret çəkməyən insanlara nisbətən siqaret çəkmiş və ya hazırda çəkməkdə olan insanlar arasında depressiyaya daha çox rast gəlinir.

Təhlil 19-72 yaş arası 173 890 nəfərin məlumatlarını əhatə edib. Müəyyən olunub ki, insan gündə nə qədər çox siqaret çəkirsə, depressiv simptomlar bir o qədər çox hiss olunur. Alimlərin hesablamalarına görə, bir ədəd siqaret orta hesabla 0.05 depressya simptomunun artmasına səbəb olur.


Telegram kanalımız
Избранный
24
3
yenisabah.az

4Источники