RU

ABŞ-da azərbaycanlılar arasında ilk MMA döyüş turnirinə start verildi

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların "CSE Combat" birliyinin təşkilatçılığı ilə "The Gauntlet" adlı çoxmərhələli peşəkar döyüş turnirinə start verilib.

Publika.az "Report"a istinadla xəbər verir ki, turnirdə ABŞ-ın tanınmış MMA döyüşçüləri və idman azarkeşləri iştirak ediblər. Turnir döyüşçülərin fiziki və psixoloji imkanlarını sınağa çəkmək, eyni zamanda gələcəyin perspektivli idmançılarını üzə çıxarmaq məqsədi daşıyır.

Turnir çərçivəsində MMA və kikboksinq döyüşləri də təşkil olunub. Qarşılaşmalarda yüksələn istedadlar bacarıqlarını nümayiş etdirərək azarkeşlərin diqqətini cəlb ediblər.

Hər çəki dərəcəsində səkkiz idmançının iştirak etdiyi turnir tək-məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin və prinsipial mübarizə aparıblar.

Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, ABŞ-da yaşayan azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı "Report"a bildirib ki, turnir ilk dəfə təşkil olunur və rəhbərlik etdiyi qurumun ABŞ-da idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihədir:

Избранный
48
5
publika.az

6Источники