RU

Filippində bərə qəzası nəticəsində ölənlərin sayı 13-ə çatıb – YENİLƏNİB

Filippinin cənubunda "Trisha Kerstin 3" bərəsinin batması nəticəsində ölənlərin sayı 7-dən 13-ə çatıb.

"Report"un xəbərinə görə, bu barədə "News 5" telekanalı məlumat yayıb.

Məlumata görə, göyərtədəki 342 sərnişindən 100-dən çoxu hələ də itkin düşmüş sayılır. 200-dən çox insan xilas edilib, ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

Sərnişin bərəsi Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb.

Filippin sahillərində 350-dən çox insanı daşıyan adalararası bərə batıb, nəticədə azı yeddi nəfər ölüb.

"Report"un məlumatına görə, "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Məlumata görə, xilasedicilər həmçinin 215 sərnişini təxliyə edə biliblər. Filippin Sahil Mühafizəsi yük-sərnişin bərəsinin Basilan adası əyaləti yaxınlığında texniki problemlərlə üzləşdiyini bildirib.

Agentlik hələlik sonrakı xilasetmə işləri barədə məlumat verməyib.

Избранный
81
far.az

1Источники