RU

Pistorius Almaniya hərbçilərinin Qrenlandiyaya göndərilməsini doğru addım hesab edir

Bakı. Trend:

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Qrenlandiyaməsələsi ilə bağlı gömrük mübahisəsində Almaniyanın guyaeskalasiyaya səbəb olması ilə bağlı ittihamlarını rədd edib.

Trend xəbər verir ki, nazirbu barədə ARD telekanalına açıqlamasında Bundesverin hərbçilərininNATO çərçivəsində Qrenlandiyaya göndərilməsini doğru addım hesabedərək deyib: “NATO-da hamı bundan məlumatlı idi. Bu, NATOtərəfdaşları arasında razılaşdırılmış addım idi”.

O, kəşfiyyat missiyasının başlanmasından qısa müddət sonra ABŞPrezidenti Donald Trampın Almaniyanı gömrük rüsumları ilə təhdidetdiyini, lakin sonradan bu təhdidləri geri götürdüyünü qeydedərək, bunun ABŞ tərəfində yaranmış anlaşılmazlıq olduğunuvurğulayıb. Missiyanın eskalasiyaya səbəb olmadığını vurğulayannazir bildirib: “ABŞ Prezidenti tərəfindən gömrük rüsumlarının gerigötürülməsi göstərir ki, Vaşinqtonda açıq bir anlaşılmazlıqyaranmışdı”. O, bu addımın heç kimə qarşı yönəlmədiyini, məqsədinNATO-nun Qrenlandiyadakı məsuliyyətini göstərmək olduğunuvurğulayıb.

B.Pistorius, həmçinin Donald Trampın Davos Forumunda NATO-nunBaş katibi ilə Qrenlandiya məsələsi barədə gələcək çərçivərazılaşması barədə razılığın əldə olunmasına da münasibət bildirib.Müdafiə naziri bunun hər hansı rəsmi razılaşma deyil, adi müzakirəolduğunu qeyd edərək, Qrenlandiya və Danimarkanın danışıqlardaiştirak etmədiyini deyib.

Избранный
142
1
az.trend.az

4Источники