RU

Keçmiş prezidentə dəstək mitinqində 70 nəfəri ildırım vurub

Yazını böyüt
Yazını kiçilt

Braziliyada keçmiş prezident Jair Bolsonaruya dəstək məqsədilə keçirilən mitinq zamanı ildırım düşüb.

Hafta.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. İldırım vurması nəticəsində ümumilikdə 70-dən çox etirazçı xəsarət alıb.

Hadisə nəticəsində 29 nəfər əsasən qol və qarın nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanalara çatıdılıb. Ən azı səkkiz nəfərin vəziyyəti ağırdır.

Sentyabr ayında məhkəmə Bolsonaruya dövlət çevrilişinə görə 27 il üç ay həbs cəzası verib. Həkimlər daha sonra onun xərçəng xəstəliyinə tutulduğunu aşkar ediblər.

Yanvarın 2-də keçmiş prezident xəstəxanadan çıxarılaraq həbsxanaya aparılıb.

Избранный
75
6
hafta.az

7Источники