RU

Metro ilə getmək onlara daha BAHA BAŞA GƏLƏCƏK

Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yüklərin daşınmasına görə əlavə ödənişin tətbiqi son dövrlərdə müzakirə mövzusu olub.

Bu qərarın sərnişinlərin seçimlərinə, daşıma rahatlığına və metro xidmətlərinin maliyyə dayanıqlığına hansı təsir göstərəcəyi sual doğurur.

Nəqliyyat eksperti Aslan Əsədov demokrat.az-a açıqlamasında bildirib ki, metroda əl yüklərinin daşınmasına görə tətbiq olunacaq ödəniş əvvəl də metro qaydalarında mövcud olub:

."Sadəcə fərq ondan ibarətdir ki, əvvəlki dövrlərdə bu ödəniş sistemi tam şəkildə tətbiq olunmurdu.

Əvvəlki qaydalara görə də metro ilə gediş-gəliş zamanı müəyyən dərəcədə əl yüklərinin daşınması ilə bağlı ödəniş tələbləri var idi, amma indi bu sistem daha da gücləndirilib və qüvvəyə minib.

Faktiki olaraq, bu tətbiq bir neçə il öncə də mövcud olsa da, indi daha ciddi şəkildə həyata keçirilir".

Ekspert bildirib ki, sərnişinlərin gediş-gəlişinə təsirinə gəldikdə isə, əlbəttə ki, müəyyən narahatlıq yarada və ya bəziləri tərəfindən müsbət qarşılanmaya bilər:

Избранный
16
sportinfo.az

1Источники