RU

Roma Milan la heç heçə etdi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

İtaliya A Seriyasının 2025/2026 mövsümünün XXII turu çərçivəsində “Roma” və “Milan” komandaları arasında keçirilən oyun başa çatıb.

"Unikal" xəbər verir ki, “Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Matçı baş hakim Andrea Kolombo idarə edib.

Matçın 62-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Koni de Vinter hesabı açıb. Ev sahibi komanda isə 74-cü dəqiqədə yarımmüdafiəçi Lorenzo Pelleqrini tərəfindən penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 

Turnir cədvəlinə görə, 22 oyundan sonra “Roma” 43 xalla 4-cü pillədə qərarlaşıb. “Milan” isə 47 xalla 2-ci sıradadır.

Növbəti turda “Roma” fevralın 2-də səfərdə “Udineze” ilə qarşılaşacaq, “Milan” isə fevralın 3-də doğma meydanda “Boloniya”nı qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
2
unikal.az

3Источники