RU

Azərbaycan qılıncoynadanı Polşadakı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən "Cadet Circuit" beynəlxalq turnirində bürünc medala sahib olub.

Bu barədə "Report"a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran sablyaçı pley-offda ardıcıl olaraq Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

A.Hüseynov finalın bir addımlığında sonradan turnirin qalibi olan fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzaraq yarışı üçüncü pillədə tamamlayıb.

Избранный
48
1
far.az

10Источники