RU

Astanada Konstitusiya İslahatı üzrə Komissiyanın növbəti iclası keçirilir

Astana, 26 yanvar, AZƏRTAC

Qazaxıstanda Konstitusiya İslahatı üzrə Komissiyanın ikinci iclası keçirilir.

AZƏRTAC-ın Kazinform-a istinadən verdiyi xəbərə görə, 21 yanvarda Qazaxıstan Prezidenti Komissiyanın yaradılması haqqında Fərman imzalayıb. Komissiyanın tərkibinə deputatlar, hakimiyyət orqanlarının nümayəndələri, ictimai xadimlər və politoloqlar daxil edilib. Prezidentin V Milli Qurultay iclasında səsləndirdiyi siyasi islahatların müzakirəsinə həsr olunan birinci iclas 24 yanvarda keçirilib.

İslahatların əsas istiqamətləri birpalatalı Parlamentə – Qurultaya keçid, Vitse-prezident vəzifəsinin təsis edilməsi, Xalıq Kenesi – Xalq Şurasının yaradılmasıdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Избранный
54
azertag.az

1Источники