RU

Meksikada stadiona hücum olub, 11 nəfər ölüb, 12 yaralı var

Meksikada silahlı şəxslər futbol matçı zamanı stadiona hücum edib.

APA “ABC News”a istinadən xəbər verir ki, Salamanka şəhərində baş verən hadisə nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə matçın sonunda baş verib.

Faktla bağlı araşdırma aparılır.

Cinayəti törədənlərin saxlanılması ilə bağlı məlumat verilməyib.

Избранный
9
2
apa.az

3Источники