Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı müəyyənləşib.
NOCOMMENT.az-ın məlumatına görə, Tibb Xidmətinə rəhbərlik müvafiq əmrlə rəis müavini Məhsəti İbrahimliyə tapşırılıb.
Qeyd edək ki, FHN-in Tibb Xidmətinin rəisi vəzifəsini bundan əvvəl tanınmış qastroenteroloq Arzu Yusifova icra edib. Ötən ilin mayında təyin olunan A.Yusifova bir neçə gün əvvəl vəzifəsindən azad edilib. (İqtisadiyyat.az)