Samuxda azyaşlı dəm qazından boğulub.
Busaat.az xəbər verir ki, hadisə Samux şəhərinin 28 May küçəsindəki evlərdən birində qeydə alınıb.
2017-ci il təvəllüdlü M.Əsgərov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.