RU

Vaşinqtondan  Tehrana açıq HƏDƏ : ABŞ hər an cavaba hazırdır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonun İran yaxınlığındakı hərbi mövcudluğu mümkün risklərə qarşı çoxsaylı cavab variantlarını təmin etmək məqsədi daşıyır.

Vətəninfo.az xəbər verir ki, Vens qeyd edib ki, bölgədə yerləşdirilən Amerika qüvvələri və hərbi personal potensial təhlükə ilə üz-üzə qala bilər. Bu səbəbdən qabaqlayıcı hazırlıqların aparılması zəruri hesab olunur.

Onun sözlərinə görə, Prezident Donald Tramp İranın hər hansı aqressiv və ya düşünülməmiş addım atacağı halda ABŞ-nin tez və effektiv şəkildə hərəkətə keçə biləcək resurslara sahib olmasına xüsusi önəm verir.

ABŞ rəsmisi vurğulayıb ki, regiondakı hərbi mövcudluq gərginliyi artırmaq deyil, mümkün təhlükələrin qarşısını almaq və Vaşinqtonun manevr imkanlarını qorumaq məqsədi daşıyır.

Избранный
88
2
veteninfo.az

10Источники