RU

“Azad İstehlakçılar” İctimai Birliyinin 29-cu ümumi yığıncağı keçirilib

“Azad İstehlakçılar” İctimai Birliyinin 29-cu ümumi yığıncağı keçirilib.

Missiya.Az xəbər verir ki, iclasda AİİB-in 14 rayon nümayəndəliyindən və Bakı ofisindən olan şəxslər iştirak edib.

Bildirilib ki, yığıncaqda 2025-ci ilin yekunlarına dair AİİB-in sədri Eyyub Hüseynovun illik hesabatı, Nəzarət Təftiş Komissiyasının sədrinin hesabatı, maliyyə hesabatı dinlənilib və təşkilati məsələyə baxılıb.

Ümumi yığıncaq AİİB-in idarə heyətinin (İH) tərkibini olduğu kimi saxlayıb, Eyyub Hüseynov idarə heyətinin sədri, Miryaqub Ələkbərov İH-nin sədr müavini, Nüsrət Qasımov, Habil İsgəndərov, Əlisəfa Mehdiyev idarə heyətinin üzvləri təsdiq ediliblər.

Nəzarət Təftiş Komissiyasının (NTK) üzvlərinin tərkibində dəyişiklik olub. Karikatura ustası Seyran Cəfərli NTK-na üzv seçilib. NTK-nın tərkibi elmlər doktoru, arxitektor İlqar Əliyev, Nizami Müsayev və Seyran Cəfərlidən ibarət 3 nəfər AİİB üzvündən ibarət tərkibdə seçiliblər.

İclas Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə reyestrdən çıxarış almaq üçün səlahiyyətli şəxs olaraq Eyyub Hüseynovu seçib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
47
2
missiya.az

4Источники