RU

AQTİ sədri: Ötən il qida zəhərlənmələrin çoxu məişət zəminində baş verib

Ötən il Azərbaycanda qida zəhərlənmələrin çoxu məişət zəminində baş verib

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sədri Əli Nəbiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 51 qida zəhərlənməsi faktı təsdiqlənib:

"Bu hadisələrdə ümumilikdə 401 zərərçəkən qeydə alınıb. Ölüm faktı qeydə alınmayıb. Təhlillər göstərir ki, zəhərlənmələrin 65 %-i məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub".

Избранный
99
1
far.az

2Источники