RU

Keçən il Türkiyədən Qırğızıstana polad ixracı 7 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz artaraq, 7 milyon 508 min 59 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz artaraq, 1 milyon 221 min 27 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 509 milyon 662 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 5,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 16 milyard 541 milyon 573 min dollar məbləğində polad ixrac edib.

Избранный
103
44
turkic.world

10Источники