RU

Meksikada stadionda baş verən atışma nəticəsində 11 nəfər həlak olub

Meksikanın Quanaxuato əyalətinin Salamanka şəhərində həvəskar futbol matçı faciəyə çevrilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, naməlum silahlı şəxslər matçdan sonra stadiona atəş açıblar.

Loma de Flores məhəlləsində baş verən hücum nəticəsində 11 nəfər həlak olub, 12 nəfər yaralanıb.

"Bu hadisə, təəssüf ki, ştatda, xüsusən də Salamankada yaşadığımız zorakılıq dalğasını daha da artırır. Təəssüf ki, cinayətkar qruplar hakimiyyəti qorxutmağa çalışırlar, lakin buna nail ola bilməyəcəklər. Məsul şəxslər tapılacaq",- Salamanka meri Sezar Prieto məlumat verib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
68
missiya.az

1Источники