RU

Mirzoyan AŞPA-nın iclasında çıxış edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 26-28 yanvar tarixlərində Strasburqda işgüzar səfərdə olacaq.

"Far.Az"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ölkənin Avropa Şurasına üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.

Yanvarın 28-də A.Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edəcək.

Bundan başqa, səfər proqramına rəsmi şəxslərlə ikitərəfli görüşlər daxildir.

Избранный
37
1
far.az

2Источники