Bakı. Trend:
İsraildə danışılmış futbol matçları və çirkli pulların yuyulmasıittihamı ilə bir futbol klubunun 17 üzvü saxlanılıb.
Trend İsrail KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyiməlumat yayıb.
Polisin məlumatına görə, saxlanılanlar arasında komandanınhazırkı oyunçuları və yüksək vəzifəli idarəçiləri var. Onlar birneçə il ərzində oyunların nəticələrinin saxtalaşdırılmasındaiştirak etməkdə şübhəli bilinirlər.
Polis hansı klubdan söhbət getdiyini açıqlamasa da, həminşəxslərin İsrailin Milli Liqasında (İsrail çempionatının ikincidivizyonu) çıxış etdiklərini bildirib. Bəzi mənbələr sözügedənklubun "F.C Kirya Yam" futbol klubu olduğunu iddia edir.