RU

Ceyhun Bayramov israilli həmkarı ilə görüşüb | YENİLƏNİB

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla bir çox sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin, əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq vurğulanıb.

Nazirlər həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar. XİN başçıları hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər. Nazirlər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə ediblər.

* * *

12:00
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib. Bildirilib ki, hazırda nazirlər arasında təkbətək görüş keçirilir.

AzVision.az
Избранный
48
azvision.az

1Источники