RU

Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə israilli həmkarı arasında təkbətək görüş başa çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha sonra tərəflər arasında geniştərkibli görüş baş tutub.

Tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik də daxil olmaqla geniş sahələrdə əməkdaşlığın inkişafı üzrə fikirlərini mübadilə ediblər və qarşılıqlı maraq olaraq əməkdaşlığın yeni istiqamətlərini araşdırmağın vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlərə toxunublar.

Onlar öz bölgələrində və daha geniş coğrafiyada sülhün, inkişafın və rifahın təmin edilməsinə töhfə verməyin vacibliyini qeyd ediblər.

Hər iki nazir Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsinə qərarlı olduqlarını ifadə ediblər.

Избранный
63
konkret.az

1Источники