RU

Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı

Ankoric sammitində hazırlanan Ukraynadakı münaqişənin sülh yolu ilə həlli formulunun ərazi komponenti Rusiya üçün çox vacibdir.

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov TASS-a bildirib.

"Heç kimə sirr deyil, bu, bizim ardıcıl mövqeyimizdir, prezidentimizin mövqeyidir ki, "Ankoric formulu"nun bir hissəsi olan ərazi məsələsi, əlbəttə ki, Rusiya tərəfi üçün fundamental əhəmiyyət kəsb edir", - deyə o bildirib.

“Reuters” agentliyi əvvəllər Moskvanın Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda "Ankoric formulu"nu nəzərdən keçirdiyini bildirmişdi. Agentliyin məlumatına görə, razılaşma Rusiyanın bütün Donbas üzərində nəzarətini və digər bölgələrdə dondurulmuş cəbhə xəttini nəzərdə tutur.

Избранный
39
1
publika.az

2Источники