RU

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, yanvarın 28-də Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq görüşə Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Peter Kraloviç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri niderlandlı Pol van Boekel və belçikalı Yan Boterberq olacaqlar.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Избранный
13
50
msport.az

10Источники