RU

"Liverpul" - "Qarabağ" oyununun hakimləri açıqlandı

style='margin-bottom:10px;'>

Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasında tapşırılıb.

Görüşü FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri qismində Branislav Hantsko və Yan Pozor köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

VAR Pol van Boekelə, AVAR isə Yan Boterberqə həvalə olunub.

Qeyd edək ki, yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Избранный
123
50
teleqraf.com

10Источники