RU

Laricaninin qızı  ABŞ universitetindən qovuldu

Vətəninfo.az xəbər verir ki, ABŞ-nin Corciya ştatında yerləşən Emory özəl Universiteti İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricaninin universitetdən uzaqlaşdırıldığını təsdiqləyib.

Universitet rəhbərliyinin açıqlamasına görə, qərar artan siyasi təzyiqlər, ictimai etirazlar və ABŞ rəsmilərinin narazılığı fonunda qəbul edilib.

Emory Universitetinin Winship Xərçəng İnstitutu da yaydığı qısa bəyanatda “İranın yüksək vəzifəli dövlət məmurunun qızı olan həkimin artıq universitetdə çalışmadığını” bildirib.

Fatimə Laricani əvvəllər Emory Universitetinin Hematologiya və Tibbi Onkologiya kafedrasında dosent vəzifəsində çalışıb. Onunla bağlı məlumatlar artıq universitetin internet səhifəsindən silinib.

Universitet onun işdən çıxarılmasının ötən həftə ABŞ tərəfindən atası Əli Laricaniyə tətbiq olunan sanksiyalarla əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.

Избранный
44
9
veteninfo.az

10Источники