Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ötən mövsüm başa çatandan sonra əvəzedicilər liqasının ləğv olunacağı ilə bağlı ciddi iddialar var idi. “Neftçi” və “Qarabağ”ın müqaviməti üzündən bu baş vermədi.Klublar niyə əvəzedicilər liqasını artıq xərc, yük hesab edirlər? Bu turnir qalmalıdımı? Sualı “Dinamo”nun prezidenti, tanınnan futbol adamı Yaşar Seyidova ünvanladıq:
“Əvəzedicilər liqasının ləğv ediləcəyi ilə bağlı məlumatım yoxdu. İlk növbədə bu məsələ dəqiqləşdirilməlidi. Sualınıza gəlincə, əvəzedici komandalar əsasən gənc futbolçuların əsas heyət üçün ehtiyat qüvvə kimi hazırlanmasına xidmət edir. Onlar təcrübə toplayaraq zaman-zaman əsas komandaya cəlb olunurlar. Eyni zamanda, əsas heyətdə zədə alan futbolçuların bərpa prosesindən sonra oyun praktikasını artırması baxımından da əvəzedici komandaların rolu çox önəmlidi. Ən vacib məqam isə odu ki, gənc futbolçular nə qədər çox oynamaq şansı əldə etsələr, yuxarı səviyyə üçün seçim imkanları da bir o qədər geniş olar”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.