
“Avropa ABŞ olmadan heç vaxt təhlükəsizlik məsələlərində özünü təmin edə bilməyəcək”.
Missiya.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "Financieele Dagblad" qəzetinə verdiyi müsahibədə deyib.
"Amerikanın nüvə çətiri bizim əsas təhlükəsizlik qarantiyamızdır", - deyə siyasətçi vurğulayıb.
Avropanın zəifliyinə işarə edən alyansın baş katibi müvəqqəti muxtariyyət ideyasını unutmağa çağırıb və qeyd edib ki, Avropa ölkələri müdafiəyə az pul xərcləməyə davam edirlər.
Daşqın HəsənovMissiya.Az