RU

12 illik həsrət bitdi

“Yuventus” İtaliya A Seriyasının XXII turunda “Napoli” üzərində 3:0 hesablı qələbə qazanaraq diqqətçəkən statistikaya imza atıb.

Msport.az xəbər verir ki, Turin təmsilçisi son 12 ildən artıq müddətdə ilk dəfə neapolluları üç top fərqi ilə məğlub edib.

Qarşılaşmada “Yuventus”un qollarını Conatan Devid, Kenan Yıldız və Filip Kostiç vurub.

“Yuventus” sonuncu dəfə “Napoli”ni bu cür fərqlə 2013-cü ilin noyabrında, İtaliya çempionatının XII turunda 3:0 hesabı ilə məğlub etmişdi. Həmin vaxt Turin klubuna Antonio Konte rəhbərlik edirdi. Maraqlıdır ki, hazırda mütəxəssis “Napoli”nin baş məşqçisidir.

Избранный
24
msport.az

1Источники