RU

Azərbaycanla İsrail XİN başçıları Yaxın Şərq və Qəzza zolağını müzakirə etdilər

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"İsrailli həmkarımla Yaxın Şərqdə olan vəziyyət barədə də fikir mübadiləsi apardıq. Xüsusən də Qəzza zolağında əldə edilmiş atəşkəsin davamlı olması ilə bağlı arzumuz diqqətə çatdırıldı".

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, İsrail-Fələstin münasibətləri kontekstində ölkəmizin Yaxın Şərq və Qəzza zolağı ilə bağlı mövqeyi məlumdur:

"Bu münasibətlərin sülh, danışıqlar, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq diplomatiya yolu ilə çözülməsinin tərəfdarıyıq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
oxu.az

1Источники