RU

Azərbaycanlı məmur xaricdə səfərdə olan zaman vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov xaricdə səfərdə olan zaman vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, bir müddət əvvəl Malaziyanın Kuala-Lampur şəhərində təlimə gedib. 

Təlim zamanı ANAMA əməkdaşının halı pisləşib. Ona yardım üçün iynə vurulub. O.Məhərrəmov iynənin təsirindən komaya düşüb.

Həkimlərin səylərinə və göstərilən tibbi yardıma baxmayaraq, O.Məhərrəmov komadan ayılmayıb. 

Mərhumun cənazəsi Azərbaycana gətiriləcək. 

Qeyd edək ki, Orxan Məhərrəmov 2004-cü ildə anadan olub. 

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
80
yenisabah.az

1Источники