RU

Ötən il Azərbaycanda 28 min ədədə yaxın notbuk istehsal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 353,8 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 19,5 faiz azalıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 2,8 faiz artıb.

Yanvar-dekabr aylarında 27 645 ədəd notbuk (3,5% çox), 2 920 ədəd stolüstü kompüter, 508,5 min ədəd ölçmə cihazları, 280 ədəd güc transformatorları, 936 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
13
banco.az

1Источники