Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.
APA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
ANAMA İdarə Heyəti və kollektivi Agentliyin əməkdaşı Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.