RU

Səhvlərlə gələn məğlubiyyət

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Turan Tovuz” Premyer Liqada üçüncü sıraya yüksəlib. XVII turda “Sumqayıt”ı səfərdə məğlub edən tovuzlular xallarını 30-a çatdırıb və “Zirə”ni qabaqlayıb. “Turan Tovuz”un hələ ehtiyatda “Qəbələ” ilə bir matçı da var.

Tovuz şəhər stadionunda ot örtüyünün futbol üçün uyğun olmaması səbəbindən matç Sumqayıtda – “Mehdi Hüseynzadə”də baş tutdu. Nominal qonaqlar, meydan sahibləri “kimyaçılar” ilk hissəsini pis keçirdiyi matçın ikinci yarısında bəzi anlarda təzyiqini artırsa da, xal qazana bilmədi.

“Turan Tovuz” birinci hissədə bir qol vurub, daha iki-üç real şans aratmasına baxmayaraq, son zərbələrdə uğursuzluq hesabın artmasına mane oldu. İkinci hissədə Aleksa Yankoviçin meydana daxil olmasıyla hücumlarını artıran və daha təhlükəli hücumlar edən “Sumqayıt” bəzən dirəyi, bəzən qapıçı Blakovu keçə bilmədi. “Qapı”dan söz düşmüşkən, “kimyaçılar”ın gənc qolkiperi Xəyal Fərzullayev ilk hissədə real qurtarışlarla hesabın böyüməsinə əngəl olan əsas ad idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
futbolpress.az

1Источники