RU

Bu hallarda qadın abort etdirə bilər - Komissiya sədri

Bakı. Trend:

12 həftəyə qədər hamiləlik qadının istəyi əsasında pozula bilər.Lakin dölün cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir. 12-cihəftədən sonra selektiv abort edildikdə, həkim də burada məsuliyyətdaşıyır.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, qadın 12-ci həftəyə qədər hamiləliyinisonlandıra bilər, lakin 12-ci həftədən sonra hamiləliyin pozulmasıüçün ciddi sosial və tibbi göstərişlər olmalıdır:

“Bu qərar həkim komissiyalarının rəyi əsasında həyata keçirilir.2015-ci ildən Azərbaycanda diridoğulma meyarları dəyişib. Artıq 22həftədən doğulan uşaqlar diridoğulma hesab edilir. Sosialgöstərişlər çərçivəsində hamiləliyin pozulmasına rəy verilə bilər,əgər qadınla kişi boşanıbsa, qadının işi yoxdursa, evi yoxdursa vəmüvafiq sənədləri təqdim edirsə. Tibbi göstərişlərə isə körpəninhəyatla uzlaşmayan tibbi qüsuru və ananın həyati təhlükədə olmasıdaxildir”, həkim qeyd edib.

Избранный
101
2
az.trend.az

3Источники