Hindistanda Qərbi Benqal əyalətində Nipah virusunun yayılması ilə bağlı hallar qeydə alınıb. Bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə təxminən 100 nəfəri ev karantininə alıb.
Britaniyanın “The Independent” qəzeti yoluxan şəxslərdən birinin vəziyyətinin ağır olduğunu yazıb.
Regionda vəziyyətlə əlaqədar Tayland bir neçə iri hava limanında sanitariya-nəzarət tədbirlərini sərtləşdirib və Qərbi Benqaldan gələn sərnişinlər üçün əlavə tibbi yoxlamalar tətbiq edib.
Nipah virusu ilk dəfə 1998-ci ildə Malayziyada aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, virus əsasən yarasalar vasitəsilə yayılır və ölümcül xəstəliklər sırasına daxildir. Yoluxma çirklənmiş qida və ya insandan insana təmas yolu ilə baş verə bilər. Hazırda virusun spesifik müalicəsi və ya təsdiqlənmiş peyvəndi yoxdur.
Gülnar